Əfqanıstanda terror: Frans Pressin fotoqrafı həlak oldu – Foto

Bazar ertəsi səhər saatlarında Əfqanıstan paytaxtı Kabildə dəhşətli terror aktı törədilib. 

Yerli səhiyyə orqanlarının verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 21 nəfər ölüb, 27 nəfər yaralanıb.

İlkin məlumata görə, partlayışları hadisə yerinə motosikletlə gəlmiş intiharçı-terrorçu törədib. 

İkinci partlayışdan sonra ölən və yaralananlar arasında jurnalistlər, o cümlədən TOLO News, 1TV, Al Jazeera və digər telekanalların əməkdaşları da var. Frans Press bu hücum nəticəsində agentliyin fotoqrafı Şah Marayın həlak olduğu haqda məlumat yayıb. 
Photographer Shah Marai at the AFP bureau in Kabul in 2012. File photograph: AFP/Getty Images

Bastainfo.com