İran britaniyalı iranlının həbsini təsdiq edib

İran ədliyyəsi britaniyalı iranlının həbsini təsdiq edib.

Universitet professoru Abbas Ədalət təhlükəsizlik ittihamları ilə üzləşib.

Londonun İmperial Kollecinin kompüter elmləri və riyaziyyat üzrə alimi bu ayın əvvələrində İranın İnqilab Qvardiyası tərəfindən nəzarət altına alınıb.

İranın rəsmi IRNA xəbər agentliyi Qulamhüseyn Möhseni Ecehiyə istinadən professorun təhlükəsizlik səbəbi ilə həbs edildiyini təsdiq etdiyini, lakin ətraflı məlumat vermədiyini bildirib.

Bu, Abbas Ədalətin həbsi ilə bağlı ilk rəsmi açıqlamadır.

Ötən həftə yarı-rəsmi Fars xəbər agentliyi Ədalətin Britaniyaya bağlı şəbəkənin üzvü olmaq ittihamı ilə həbs edilən bir neçə şəxs arasında olduğunu bildirmişdi.

Ədalət Qərbin İranı hədəf alan hərbi əməliyyatları əleyhinə fəal kampaniya aparırdı.

 

Amerikanın Səsi