Müəllimə: “Direktorun istədiyi məbləği verə bilmədiyim üçün dərsə buraxılmadım”

Masallı rayonu Hacıtəpə kənd sakini Ələkbərova İnci Qurbanxan qızı ingilis dili müəlliməsidir. O, çalışdığı məktəbdən qanunsuz olaraq işdən çıxarıldığını, bununla bağlı məhkəməyə müraciət etdiyini, lakin hüquqlarını bərpa edə bilmədiyi üçün ölkə prezidenti İlham Əliyev də başda olmaqla, əlaqədar orqanlara müraciət etdiyini bildirir.

İnci Qurbanova ölkə rəhbərliyinə ünvanladığı müraciətin bir nüsxəsini də “Basta”ya göndərərək, məsələnin ictimailəşdirilməsini xahiş edib.

Şikayətçi yazır:

“Yazib sizə bildirirəm ki, 1994-cü ildən Masallı rayon Hacitəpə kənd Z. Zeynalov adına Hacitəpə tam orta məktabində ingilis dili müəlliməsi işlamişəm. işlədiyim dövrdə heç bir ciddi xəbardarlığım, töhmətim olmayıb.

2012-ci ilin avqust ayında sağlamliq durumumda problem olduğuna görə məktəbin direktoru Adigözəl Əminova müayinə va müalicə olmaq məqsadilə Rusiya Federasiyasının Samara şəhərinə təcili getmək istəyimi bildirdim. Adıgözəl Əminov öz növbəsinda mənə izah etdi ki,məzuniyyət götürmək uzun prosesdir. Amma mən sizə kömək edər və sizin işlarinizi yola verərəm. Bunun müqabilində maaş kartınizı manə saxlamalısınız. Mən onunla razılaşarkən fikirləşdim ki, darslərimi həmkarım Vəfa Kərimovaya tapşırar və kartımı da, ona verər. Mən Adıgözəl Əminovla razılaşıb 2012-ci il avqust ayının 10-da Samara şəhərinə yola düşdüm.

2013-cü ilin may ayında işimə qayıtmaq istəyəndə Adıgözəl Əminov mənə bildirdi ki, siz sərhəd keçdiyiniz üçün sizin adınızı saxlaya bilmədim. Siz işdən azad olmusunuz. O, bu işda də mənə kömək edəcəyini belə izah etdi ki, əgər iki min manat ödəsəniz, yenidən işinizə bərpa ola bilərsiniz.

Adıgözəl Əminov onu da izah etdi ki, həmin pulun 1500 manatı rayon Təhsil şöbəsinin müdiri Astan İbişovun, 500 manat isə mənim “bığ yağım” olacaq. Adıgözəl Əminovun məndən istədiyi məbləği ödəyə bilmədiyim üçün 2013-2014-cü illərdə mən dərsə buraxılmadım.

Amma nədənsə mənimlə birlikdə Samara şəhərinə gedib va orada 8 ay qeydiyyatda olan qızım Ələkbərova Fatimə Camal qızını 9-cu sinifdən 10-cu sinifə keçirir.

2011-2012-ci illərdə attestat almaq məqsədi ilə jurnalda adları yazılmış şagirdlərin, hansı ki, heç vaxt sinifdə görmədiyim şagirdlərə qiymət yazmağa məcbur edilməyimi, müəllimlərin diaqnostik imtahanında 83.9% bal toplamağıma baxmayaraq, qanunsuz işdən azad edilməyimi, 2014-cü ildə müəllimlərin işə qəbulu imtahanında iştirak etməməyimi həmkarım Vəfa Kərimovanın diaqnostik imtahandan 10% toplamasına baxmayaraq, dərslərin ona verilməsi 2013-cü ildə Lənkarana gəlin köçmüş qızının həla də məktəbdə ingilis dili müəllimi kimi adı getməsi, mənim 2012-ci ilin avqust ayında sərhədi keçməyim sentyabr ayında kartıma əmək haqqı yazaraq bankdan çıxarması, mənim 2014 cü  ildən müddətsiz müqavilədə olduğum halda, mənimlə saxta müddətli müqavilə bağlaması, müddətsiz müqavilədə olduğum halda, məni 2-ci dəfə müəllimlərin işə qəbulu imtahanına göndərməsi, sadaladıqlarım haqda Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov baş məsləhətçi Tofiq müəllim, Təhsil Nazirliyinin əməkdaşlarından Emin müəllim, Eşqi müəllim, Avaz müəllim, Elvin müəllim və Şahın Əliyev dəfələrlə məlumatlandırılsalar da, mənim işlərimdə hec bir problemin olmadığını bilsələr də, Adıgözəl Əminov haqqında heç bir tədbir görməyiblər.

İşləri araşdırmaq üçün Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Müraciədən 20 gün keçməsinə baxmayaraq, məhkəmədən hec bir xəbər yoxdu. Adıgözəl Əminovun məhkəmədən yayınmaq üçün uzun müddətli götürdüyü bülleteni onu göstərir ki, məhkəmənin mənim işimə bərpamla bağlı qərarı uzun çəkəcək. Odur ki, xahiş edirəm mənim maddi durumumu və himayəmdə azyaşlı uşağın olmasını nəzərə alıb, mənim işə bərpama kömək edəsiniz.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamını əsas tutaraq, sizdən xahiş edirəm ki, aparılan yoxlamalar mənim iştirakımla yoxlanılsın”.

Bastainfo.com