Paşinyan Qarabağla bağlı mövqeyni AÇIQLADI

Ermənistan müxalifətinin lideri və potensial baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, siyasətçi Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı qurumu dəstəklədiyini deyib.

“Biz Dağlıq Qarabağı tam dəstəkləyirik. Baş nazir seçilsəm, ilk işim operativ situasiya ilə tanış olmaq üçün Qarabağ səfər etmək olacaq. Bizim əsas hədəfimiz ordumuzun döyüş qabiliyyətinin artırılması olacaq”- deyə “məxməri inqilab”ın lideri açıqlama verib.

Xatırladaq ki, Ermənistanın baş naziri mayın 1-də parlamentin xüsusi iclasında seçiləcək. 

 

Bastainfo.com