Suriyada Əsədin hərbi bazaları bombalandı – 38 nəfər öldü (Video)

Raket zərbələrinin təsirindən bölgədə 2,6 bal gücündə zəlzələ olub

Suriya ordusunun Hələb və Hama yaxınlığındakı mövqeləri raket zərbələrinə məruz qalıb. 

Bu barədə SANA agentliyi məlumat yayıb. Zərbələrin hansı hərbi qüvvələr tərəfindən endirildiyi açıqlanmır. İsrail rəsmiləri bu zərbələrin onlara aid olması barədə sualı şərh etməyiblər, – RİA Novosti bildirir.

“Report” “Haberler”ə isitinadən xəbər verir ki, aprelin 29-da gecə saatlarında endirilən raket zərbələrinin təsirindən bölgədə 2,6 bal gücündə zəlzələ olub.

Bildirilir ki, Suriyada Bəşşar Əsədə sadiq hərbçilərin və İran İnqilab Keşikçiləri Qvardiyası silahlılarının yerləşdiyi hərbi bazanın raket atəşinə tutulması nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.

 
Bastainfo.com