Hollandiyada ADR-in 100 illiyinə həsr olunan poçt markası buraxıldı

Hollandiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan poçt markası buraxılıb.

Bu barədə “Basta”ya Müsavat Avropa Koordinasiya Mərkəzinin Niderland üzrə koordinatoru Rəşad Sadıqov məlumat verib.

“Məqsədimiz Azərbaycanın şərəfli cümhuriyyətçilik tarixini,  öndərimiz Rəsulzadəni Aropada təbliğ etməkdir. Bizim təşəbbüsümüzlə, Orxan Hacılı və Tural Hacıbəylinin hazırladığı maket əsasında hazırlanan bu markalar bütün Hollandiya ərazisində yayılacaq” – Rəşad Sadıqov bildirib.

 

Bastainfo.com