Müsavatçılar Almaniyada toplaşdı – başqanla görüş

Almaniyada səfərdə olan Müsavat başqanı Arif Hacılı bu gün Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) RheinlanPfalz və Hessen koordinatorluğunun bir qrup üzvü ilə görüşüb.

Müsavat AKM-in təmsilçilərindən biri Əhməd Cəlaloğlunun “Basta”ya verdiyi məlumata görə, görüşdə ölkədə və dünyada gedən siyasi proseslər müzakirə edilib.

“Arif bəy mühacir müsavatçı Samir Quliyevin saxta prezdent seçkiləri ilə bağlı sualına geniş cavab verdi və tezliklə Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsinin zəruriliyini vurğuladı. Başqan İsa Qəmbərin salamını toplantı iştirakçılarına çatdırdı”, – Əhməd Cəlaloğlu bildirib.

Müsavat AKM-in sədri İlham Həsən may ayının 19 planlaşdırdığı Cümhuriyyətin 100 illiyinə həsr edilmiş tədbiri barəfə geniş məlumat verdi.  Müsavatçılara müvafiq tapşırıqlar verildi. Mən isə öz çıxışımda Müsavat AKM-in güclənməsi ücün bundan sonra daha aktiv olacağımızı, başqanın ətrafında sıx birləşərək təşkilatın güclənməsinə calışacagımızı bildirdim”, – Əhməd Cəlaloğlu əlavə edib.

 .
 .

 

Bastainfo.com