Yaxın günlərdə İsrail-İran müharibəsi başlaya bilər

Parlament Netanyahuya səlahiyyət verdi

İsrailin baş naziri Binyamin Netanyahu İranın nüvə proqramları haqqında sənədlər əldə etdiklərini bəyan edib. 

O bildirib ki, İran beynəlxalq birliklə saziş imzalamasına rəğmən, öz nüvə proqramlarını davam etdirir.

Pompeo deyib ki, bu materiallar fars dilindən tərcümə olunaraq incələnib və İranın nüvə proqramlarını davam etdirdiyinə şübhə yeri qalmayıb. 

Bu arada İranın İsrailə qarşı müharibəyə hazırlaşdığı barədə xəbərlər yayılıb.

Oxu.az-ın İTV-yə istinadən yaydığı məlumata görə, israilli sosial şəbəkə istifadəçiləri  İranın qarşıdakı 48 saat ərzində İsrailə qarşı hərbi əməliyyatlara başlamağı planlaşdırdığını və hökumətin bununla bağlı kəşfiyyat məlumatı əldə etdiyini iddia edir.

İddiaya görə, İsrail baş naziri ən qısa zamanda bununla bağlı xalqa müraciət edəcək.

Ötən gecə bu məsələ İsrail parlamentində də müzakirə edilib.  Parlament ikinci və üçüncü oxunuşdan, hökumət başçısı və ya hərbi komandanlığa  müharibə və ya irimiqyaslı hərbi əməliyyat elan etmək səlahiyyəti verən qanun qəbul edib. Bu barədə “Newsru.co.il” məlumat yayıb.

Qanuna əsasən, təcili hallarda ölkənin baş naziri və ya müdafiə naziri,  kabinetin digər üzvlərinin razılığı olmadan belə müharibə elan edə biləcək. 

 

Bastainfo.com