Ermənistanda xalq yenidən küçələrə axdı – Canlı yayım

Mayın 2-də səhər saat 8-dən etibarən əhali küçələrə axışıb. Panarmenian.net xəbər verir ki, paytaxt Yerevanda və digər şəhərlərdə magistral yollar və küçələr bağlanıb. 

Bir saat ərzində Yerevanda nəqliyyatın hərəkəti iflic olub.

Etirazçılar həmçinin Zvartnots hava limanına gedən yolu bağlayıblar.

***

Nikol Paşinyan etirazçılara müraciət edərək Zvartnots hava limanının saat 14:00-dan etibarən açilmasına çağırıb.

***

Yerevan-Tbilisi dəmiryolu xətti bağlanıb. Etirazçılar 14 stansiyada relslərin üzərində aksiya keçirirlər.

***

Zvartnots hava limanının personalı etiraz aksiyalarına qoşulub.

***

Ermənistan parlamentinin bu günə təyin olunan iclası yetərsayın alınmaması səbəbilə baş tutmayıb. Müxalifətçi deputatlar parlamenti boykot edib.

***

Ermənistan parlamentinin binası önünə minlərlə insan toplaşıb, burada tribuna qurulub, mitinqin başlanacağı gözlənilir.

Canlı yayım:

Etirazların səbəbi mayın 1-də Ermənistan parlamentində keçirilən səsvermədə hakim Respublikaçılar partiyasından olan deputatların Nikol Paşinyanın baş nazir olmasına səs verməməsidir. 

Bastainfo.com