3 may-Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür

Bu gün Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 1993-cü ildə 3 may tarixini jurnalistlərin beynəlxalq peşə bayramı kimi elan edib.

Hər il bu bayram günü keçirilən tədbirlər müəyyən bir mövzuya həsr olunur.

1991-ci ilin bu günündə Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər.

Azərbaycan “mətbuat azadlığı” reytinqində 163-cü yerdədir. Bu barədə “Sərhədsiz Reportyorlar”ın aprelin 25-də dərc edilmiş Mətbuat Azadlığı reytinqində deyilir.

Əfqan Muxtarlı, Seymur Həzi, Mehman Hüseynov də daxil olmaqla, bir sıra jurnalistlər  və bloger həbsdədir. Onlarla jurnalist hakimiyyətin təzyiqləri nəticəsində mühacirətə getməyə məcbur olublar. Ölkədə müstəqil televiziya və qəzetlər mövcud deyil. KİV-lərin mütləq əksəriyyəti hakimiyyət tərəfindən maliyyələşdirilir. Hakimiyyətin media siyasəti jurnalistlərə pulsuz mənzil və digər imtiyazlar verilməsini, bunun müqabilində onlardan “dövlətçiliyin müdafiəsi” adı altında hakimiyyətin siyasi maraqlarına xidmət tələb edilməsini nəzərdə tutur. 

 

Bastainfo.com