ABŞ prezidenti Donald Tramp istintaqa çağrılacaq

“ABŞ prezidenti Tramp müsahibələrə könüllü qatılmaqdan imtina edərsə, Rusiya məsələsi üzrə xüsusi prokuror Robert Müller tərəfindən çağrılacaq”, – bu barədə “New York Times” xəbər verib.

Rusiyanın Amerika Birləşmiş Ştatlarının prezident seçkilərinə maneə törətdiyi və Trampın Rusiya ilə əlaqələrinin araşdırılması istintaqında kritik bir dövr yaşanır. Xüsusi prokuror Robert Müller ABŞ prezidenti Donald Trampın istintaqa çağırılması məsələsinə münasibət bildirib.  O, Trampın cavablandırması vacib olan 40 sual hazırlandığı barədə məlumat verib.

Tramp özünün Twitter səhifəsində paylaşdığı bir mesajda “heç işlənməmiş bir cinayətə qarşı ədalətin qarşısını almaq çox çətin görünür” ifadəsini işlədib. Bundan əlavə, ABŞ prezidenti Müllerin istintaqını “cadu ovu” adlandırıb və özünün Rusiya ilə iddia edilən əməkdaşlığını qətiyyətlə rədd edir.

Tramp Müllerdən  əvvəlki “Rusiya izini” araşdıran keçmiş FBI başçısı Comeyi gizli məlumatları sızdırmaqda günahlandırırdı. Comey 2017-ci ilin mayında vəzifəsindən uzaqlaşdırılıb.

Heybət Əmrah

bastainfo.com