Bir vaxtlar İsa Qəmbərin dediyi kimi: “Ağ adamlara qara piar yapışmaz!”

İsa Yusifli

Nahid Cəfərovu heç vaxt ciddi və səmimi adam qəbul eləməmişəm, hansı yuvanın quşu olduğunu çoxdan bildiyim üçün. Səfirlikdə konsul olanda bizim Avropalı deputatlarla təşkil etdiyimiz tədbirlərə təşrif buyurub “bunlar yalan deyir, ölkəmizdə demokratiya var, Ermənilərdən pul alır bunlar” kimi əndrəbadi, gülməli və trajik sərsəmləmələr etdiyini unutmamışam.

Amma bir məsələ ilə bağlı onun ağzının payını burda və o da Hollandiyada yaşadığı üçün məhkəmə qarşısında verməyi özümə borc bilirəm.

Deməli bu adam hələ də hər vəchlə iddia edir ki, guya Müsavat Partiyası sənəd satır. Hələ utanmadan deyir ki, “Avropada bir neçə nəfərdə o sənədləri görmüşəm, sadəcə onlara ziyan gəlməsin deyə adlarını açıqlamıram, oturumları ləğv olunmasın” falan. Təsadüfmü, yoxsa yox, bu iddianı 4 ildir edənlər indiyə kimi “o sənədlər”dən bir dənə belə olsa ortaya çıxara bilməyiblər. Lap yaxşı, o adamları qorumaq istəyirsiz, heç olmasa onlardan birindən sənədin kopyasını alın, adlarını qaralayıb ictimaiyyətlə paylaşın, biz də görək ki, doğrudan da Müsavat sənəd alverindədi və sənəddə kimlərin imzası, möhürü var. Amma edə bilməzlər. Böhtan olduğu o qədər izhar ki…

İkinci məsələ, bir vaxtlar Belçikada bir Elnur Mirzə var idi. Belçikada Müsavat üzvü kimi sığınacaq istəmiş, Belçika hökümətinin Müsavata sorğusu nəticəsində partiya sıralarında belə bir adamın olmadığı, sənədin saxta olduğu deyildi. Ardından Müsavat rəhbərliyi özü bu məsələni ictimailəşdirdi. Məntiqlə Müsavat sənəd satsa, “hə belə bir adam var, bizimkidi” deyib məsələni qabartmaz, mətbuatdan gizlədərdi. Amma Nahiddən fərqli olaraq Müsavat ləyaqət yuvasıdı. Növbəti Elnurların aldadılmaması, həyatlarının puç olmaması üçün məsələni özü mediaya gətirdi, Müsavat adından sənəd düzəldənləri özü məhkəməyə verdi.

Elnur da pərt olmamaq üçün dediyində durmuşdu ki, “yoxee bu sənədi mən Müsavatın başqan müavinindən almışam 700 dollara”. O vaxt onu sosial şəbəkədə sorğu suala çəkdik, özü etiraf etdi ki, Bakıda saxta sənəd və viza işinə baxan kimsə buna o sənədi internetdə düzəldib verib qoltuğuna. Bu adam heç Müsavatın qərargahının qapısından içəri belə keçməyib.

Yəni ki, yalan ayaq açdı, amma yerimədi.

Üçüncü məsələ, Nahid əgər doğurdan da Müsavat tərəfindən verilən sənədləri görübsə, onun saxta və ya original olduğunu baxan kimi necə bilib? Və Nahid niyə o adamlardan soruşmayıb ki, sizə sənədi Müsavatın hansı funksioneri verib? Niyə Nahid sübut olunmayan əsaslarla Arif Hacılının istefasını istəyir, amma “sənəd satan Müsavatçı”nın ifşa olunmasını istəmir? Əcəba, onun dərdi başqadır?

Yeri gəlmişkən bir məntiqi sual verim: Müsavat rəhbərliyində olanların heç birinin qohum-əqrəbası xaricdə mühacir deyil. Amma həftə səkkiz mən doqquz “Müsavat sənəd satır” deyənlərin yaxınları Avropada sığınacaq alır. Təsadüfmü?

Dördüncü məsələ, Müsavatı sevməyə bilərsiz, ona, partiya rəhbərliyinə patoloji nifrətiniz ola bilər. Amma heç kim, hələ hələ dünənə kimi Əliyevlərin boyunduruğunda əyilən biri Müsavata palçıq atmaq, ona böhtan tuşlamaq sevdasında olmasın.

Bir vaxtlar İsa Qəmbərin dediyi kimi: “Ağ adamlara qara piar yapışmaz!”

Biləsiniz!

 

Yazı İsa Yusiflinin “Facebook” səhifəsindən götürülüb.

 

Bastainfo.com