Ermənistanın hakim partiyası geri çəkildi

Mayın 8-də Ermənistan parlamentində yenidən keçiriləcək baş nazir seçkisində Respublikaçılar partiyası deputatların üçdə birinin dəstəklədiyi namizədi müdafiə edəcək.

Bunu jurnalistlərə açıqlamasında hakim partiyanın parlamentdəki farksiya rəhbəri Vaqram Baqdasaryan deyib.

Bu açıqlamadan əvvəl Baqdasaryanın keçmiş baş nazir Serj Sarkisyanla görüşdüyü bildirilir. 

Bhakim partiyanın bu posta namizəd irəli sürməyəcəyini də bildirib. Xatırladaq ki, mayın 1-də deputat Nikol Paşınyanın baş nazir vəzifəsinə namizədliyi parlamentdə səsə qoyularkan, o, səslərin 45 faizini əldə etsə də, hakim partiya ona səs verməmişdi. Bundan sonra mayın 2-də Ermənistanda kütləvi etraz aksiyaları bərpa edilmişdi.

Müşahidəçilərin fikrincə, hakim partiya artan etirazların qarşısında dura bilməyəcəyini hesabladığı üçün mövqeyindən geri çəkilib. Eyni zamanda istisna edilmir ki, hakim partiya Nikol Paşinyanın yox, parlamentdən başqa bir müxalifətçinin namizədliyinin irəli sürüləcəyinə ümid edir. Hər halda Baqdasaryan “üçdə bir səs yığan namizəd” dedikdə məhz Paşinyanı nəzərdə tutduğunu  dilə gətirməyib. 

 

Bastainfo.com