Mətbuat azadlığı təşkilatları: Amerika mətbuatı hədə altındadır

Beynəlxalq Mətbuat Azadlığı Günü mətbuat azadlığı təşkilatları ABŞ-da jurnalistlərin üzləşdiyi problemlərə nəzər salınmasına çağırıb.

Qurumların birgə hesabatında jurnalistlərin təqiblərə, məhdudiyyətlərə, siyasətçilərin stiqmaları, fiziki hücumlar və arbitrar həbslərə məruz qaldığı bildirilir.

“Amerikada mərbuat azadlığına qarşı təhdidlərin artması son illərin ən böyük problemidir. Bu təkcə ABŞ-da ifadə azadlığına təsir etmir, bu həm də bütün dünyada rezonans yaradır”- deyə, Article 19-un direktoru Tomas Huqes bildirib.

Article 19 Jurnalsitlərin Müdafiəsi Komitəsi, Beynəlxalq İfadə Azadlığı Mübadiləsi, Beynəlxalq Mətbuat İnstitutu, Senzura İndeksi və Sərhədsiz Reportyorlar təşkilatının çağırışlarına qoşulub.

Amerika mətbuatı hədə altındadır

Təhdidlərin artmasına baxmayaraq, Amerika konstitusiyası medianı dünyada ən azad plattforma hesab edir.

Lakin ABŞ prezidentinin bəzi bəyanatları, xəbərləri yalan adlandırması digər ölkə lidelərinin də əks-sadasına yol açıb. Bunlara Venesuela prezidenti Nikolas Maduro, Suriya prezidenti Bəşar Əl-Əsəd və Myanmanın de-fakto lideri Aunq San Suu Kyi də daxildir.

Hesabatda qeyd edulib ki, jurnalistlərə qarşı təzyiqlər Obama administrasiya dövründə başlayıb.

Mətbuat azadlığı müdafiəçilərini Tramp administrasiyanın jurnalistlərlə bağlı mövqeyi narahat edir. Sənəddə həm də Trampın mediaya qarşı hücumları da diqqətə çatdırılaraq, bunların siyasətçiləri də eyni mövqeyə cürətləndirdiyi bildirilir.

Sərhədsiz Reportyorlar təşkilatı illik hesabatında ABŞ-ın mətbuat azadlığı siyahısında iki xalla gerilədiyini bildirib.

Ağ Ev isə iddiaları rədd edir.

Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Hakkebi Sanders deyib ki, Tramp administrasiyası son on illər ərzində “ən əlçatan idarədir”.

 

Amerikanın Səsi