Arif Hacılı: “Hakimiyyət yeni durumun mahiyyətini anlamır”

Müsavat başqanı Arif Hacılı  partiyanın Məclis üzvü, Şirvan təşkilatının sədri Əlikram Xurşudova 5 il həbs cəzası verilməsinə münasibət bildirib.

“Azərbaycan hakimiyyəti Cümhururiyyət ilində də xalqın, beynəlxalq birliyin çağırışlarına məhəl qoymadan, demokratik islahatlar, həmçinin “Qızıl Amnistiya” təklifimizi eşitməməzliyə vuraraq opponentlərinə qarşı repressiya siyasətini davam etdirir.

Müsavat Partiyasının Məclis üzvü, Şirvan şəhər təşkilatımızın sədri Əlikram Xurşudova siyasi sifariş əsasında uydurulmuş ittihamlarla 5 il müddətində həbs cəzası verilib.

Belə görünür ki, hakimiyyət dünyada yaranmış yeni durumun mahiyyətini anlamır. Lap qonşuluqda baş verən hadisələrdən belə nəticə çıxarmayaraq tarixin təbii axarına qarşı fəaliyyətini durdurmur.

Vətəndaş qarşıdurmasını dərinləşdirməklə özünü və təəssüf ki, həm də dövlətimizi uçuruma doğru sürükləkdə davam edir.”

Yazı Arif Hacılının “Facebook” səhifəsindən götürülüb.

Bastainfo.com