Aleksey Navalnı həbs olunub

Rusiyanın ən çox tanınmış müxalifət lideri Aleksey Navalnı və onun yüzlərlə tərəfdarı şənbə Moskva və Rusiyanın 90 digər şəhərində Vladimir Putinin inaqurasiyasına etiraz etmək məqsədilə keçirilən küçə nümayişlərində həbs olunub.

Navalnı Moskvanın mərkəzində keçirilən etiraza gəlib çatmadan, müttəfiqi Nikolay Lyaşkin ilə birlikdə həbs olunub. OVD-Info adlı müstəqil monitorinq qrupu polisin ölkəboyu “icazəsiz” etirazlarda 350 nəfəri həbs etdiyini təxmin edir.

Aprel ayənda keçirilən seçkidə iştirakının qarşısı alınan Navalnı etirazdan öncə gizli yerdə qalıb ki, həbs olunmasın. Daha sonra o, Puşinskaya Meydanına qədər gəlib çatıb. Orada beş polis işçisi onu ayaqları və qollarından tutaraq maşına salıb aparıb. Etirazçılar isə “Putinsiz Rusiya” və “Çara son” şüarları səsləndirib.

Millətçi gənclər hərəkatı da Moskvada fərqli etiraz aksiyası təşkil edib. Onlar Navalnının tərəfdarlarının Puşinskaya Meydanına çıxış əldə etməsinin qarşısını almağa çalışıb.

Müşahidəçiləri Putin əleyhinə etirazların 2012-ci illə müqayisədə daha azmiqyaslı olacağını gözləsə də, Kreml daha öncəki inaqurasiyalardan daha az təntənəli and içmə mərasimi təşkil edəcəyi təxmin edilir.

Son illərdə Kreml əleyhinə etirazlar təşkil etdiyi üçün dəfələrlə həbs olunan Navalnı həftə boyu onlayn mesajlar vasitəsilə tərəfdarlarını şənbə günü etiraz etməyə çağırıb.

Bir fəal Xabarovsk şəhərində toplaşan izdihama “Putin artıq 18 ildir taxtdadır. Biz 18 ildir çıxılmaz vəziyyətdəyiz. Mən buna dözmək istəmirəm!” deyib.

Sankt Peterburqda isə etirazçıların şəhərin mərkəzi meydanına çıxmalarının qarşısı alınıb.

Yerli müxbirlər Yekaterinburqda təxminən etirazlarda 1000 nəfərin iştirak etdiyini təxmin edir. Bundan əlavə Sibir şəhərlərində də etiraz askiyaları keçirilib. Müşahidəçilər polisin Krasnoyarskda 150, Yakutskda isə 75 nəfəri həbs etdiyini bildirir.

Martda keçirilən seçkidəPutin səslərin 77 faizini qazanaraq qalib gəlib. Bu, Sovet İttifaqı dağılandan sonra ən çox səs toplayan Rusiya lideridir.
Putinin rəqiblərindən biri seçkini “mənfur səsvermə” adlandırıb.

Beynəlxalq müşahidəçilər seçkini tənqid edib, seçicilərin qarşısında heç bir real seçimin olmadığını, seçki məntəqələrindəsaxtakarlıq hallarının baş verdiyini deyib. Rusiya seçki rəsmiləri pozuntuların “kiçik-miqyaslı” olduğunu vəbu halların araşdırıldığını söyləyib.

 

Bastainfo.com