Əfv komissiyasının iclası olub

Mayın 7-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası olub.

Komissiyanın üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib ki, komissiya bu gün yüzdən çox müraciətə baxıb.

Əfv Məsələləri Komissiyası bu ilin yanvarından başlayaraq müraciətlərə baxmağa başlayıb. Mətbuatın məlumatına görə, komissiyaya mindən çox müraciət daxil olub. Komissiya indiyədək 800-dən çox müraciətə baxıb.

Komissiya üzvləri may ayında böyük əfv olacağını deyib.

 

Bastainfo.com