Netanyahu: İranla müharibə – daha tez başlamaq yaxşıdır

İsrailin Baş naziri Benjamin Netanyahu: İsrail İranla münaqişədə maraqlı olmadığına baxmayaraq, müharibə qaçılmazdırsa, onu  gələcəkdə yox, nə qədər ki, yəhudi dövləti hərbi üstünlüyə malikdir, indi başlamaq lazımdır, – BBC məlumat verir.

“Son aylarda İran İslam İnqilabı Keşikçiləri Korpusu bizi təhdid edərək Suriyanı pilotsuz döyüş dronları, “Yer-yer” tipli raketlər və digər müasir silahlarla təmin etmişdir. Biz erkən mərhələdə İranın regionda güclənməsinin qarşısını almaqda qərarlıyıq. Biz qarşıdurma istəmirik, amma istənilən ssenariyə hazırıq. Biz müharibə istəmirik, amma bu baş verərsə, indi daha yaxşıdır. Xalq aqressiyaya qarşı vaxtında ölçü götürmək istəməsə, sonradan  daha artıq qiymət ödəməli olacaq”, – Netanyahu mayın 6-da kabinetin həftəlik toplantısını açaraq bildirib.

Bu bəyanat qonşu Suriyada öz mövqeyini genişləndirmək məqsədi güdən İslam Respublikasının cəhdlərinə görə Yerusəlim və Tehran arasında yüksək gərginlik fonunda verilib.

Xəbərdə qeyd edilir ki, Yəhudi dövlətinin rəhbərliyi İranın öz bazalarından İsrailə hücum etmək üçün istifadə edə biləcəyindən qorxur.
Heybət Əmrah

Bastainfo.com