19 Mayda Müsavat AKM -in təşkilatçılığı ilə tədbir keçiriləcək – ELAN

Müsavat-AKM -dən “Basta” ya verilən məlumata görə, 19 Mayda Müsavat AKM -in təşkilatçılığı ilə Cümhuriyyətin 100 illiyi münasibəti ilə Frankfurtda tədbir keçiriləcək.

 

Elan

 

Hörmətli xanımlar və bəylər.

Bildiyimiz kimi 19 May 2018 -ci il tarixində Cümhuriyyətimizin 100 illiyi münasibəti ilə Almaniyanın Frankfurt şəhərində böyük tədbir keçiriləcək .

28 May 1918-ci il tarixində ilk dəfə müstəqilliyini əldə etmiş Azərbaycan Demokratik Respublikası bu bir əsrdə bu günə qədər çox keçməkeşli yollar keçərək ikinci müstəqilliyini 18 Oktyabr 1991-ci ildə qazanmışdır. Bu şanlı tarixi yəni Cümhuriyyətimizin 100 illik yubileyini qeyd etmək şansı bizlərin qismətinə yazılıbmış. Bu Tanrımızın bizlərə çox böyük bir töhfəsidir .

Hər birimiz bu müqəddəs yubley tədbirində yekdilliklə iştirak etməliyik. Bu ən azından bizim vətəndaşlıq borcumuzdur …

 

Ünvan : Siegener Straße 22
65936 Frankfurt am Main

 

Bastainfo.com