Şuşanın işğalının ildönümü ilə bağlı Müsavatda tədbir keçirildi

Bu gün Müsavat Partiyası Məclisinin Qarabağ Komissiyası Şuşanın işğalının 26-cı ildönümü ilə bağlı tədbir keçirib. 

Məclis sədri Nüşabə Sadıqlının sədrliyi ilə keçirilən tədbirdə əvəlcə torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə canını fəda etmiş şəhidlərin ruhu sükutla yad edilib. 

Tədbirdə Müsavat başqanı Arif Hacılı, Məclisin Qarabağ komissiyasının sədri Şakir Abbasov və digərləri çıxış ediblər. 

Məclisin komissiya sədrinin müavini, tarixçi Nazim Tapdıqoğlu (Vəlişov) Şuşanın və ümumilikdə Qarabağın işğalı və məruz qaldığımız itkilərlə bağlı geniş məruzə edib. Tədbirdə həmçinin Nazim Tapdıqoğlunun işğal tarixi və digər mövzularda kitabları iştirakçılara təqdim edilib.  

 

 

 

 

Bastainfo.com