Xudatda ən qədim məktəb binası yandı

Dünən gecə Xaçmaz rayonu, Xudat şəhərində ümumi sahəsi 450 m2 olan ikimərtəbəli, taxta konstruksiyalardan ibarət məktəb binasının dam örtüyü 400 m2, yanar konstruksiyaları 174 m2 sahədə və taxtadan ibarət pilləkən qəfəsi yanıb.

 FHN saytının verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın  söndürülüb. ​

Yerli sakinlərin saytımıza verdiyi məlumata görə, yardımçı binalara zərər dəyməsə də, ikimərtəbəli bina bütün ləvazımatlarla birlikdə tamamilə yanıb. 

Qeyd edilir ki, yanan 1 nömrəli məktəb Xudatın ən qədim məktəbidir. 

Heybət Əmrah

bastainfo.com