Türkiyədə milyonlar Ərdoğana “TAMAM” dedi

Türkiyəni prezidenti və AKP lideri Rəcəb Tayib Ərdoğan ötən gün öz partiyasının qrup toplantısında “Əgər bir gün millət TAMAM (bəsdir -red.) deyərsə, ancaq o zaman biz kənara çəkilərik” ifadəsini dilə gətirib.

Bundan dərhal sonra ana müxalifət partiyasının lideri Kamal Kılıcdaroğlu Ərdoğanın növbədənkənar seçkidə uduzacağına işarə edərək, özünün Twitter səhifəsində “24 iyunda bu iş TAMAMmdır” mesajını atıb. 

Prezidentliə namizədlər Meral Akşener, Muharrem İncə və Karamollaoğlunun “#Tamam”, “Artıq Tamamdır”, “İnşallah Tamamdır” tvitləri atmalarından sonra sosial şəbəkədə bu üsul kütləvi hal alıb. 

Bir gün ərzində 2 milyona yaxın insanın TAMAM mesajı yazdığı, on milyonlarla insanın bunu bəyəndiyi qeyd edilir. Bu mesajlar gün ərzində bütün dünyada sosial şəbəkənin ən populyar mesajları olub. 

Bu arada aparıcı müxalifəti – CHP, İyi Partiya, Səadət Partiyası və Demokrat Partiyasını birləşdirən Millət İttifaqı seçkidə əsas şüar olaraq “Tamam” şüarı seçdiyini açıqlayıb. 

Ötən gecə Türkiyənin müxtəlif şəhərlərində “Tamam” sözü ilə bağlı olan flaş-moblar keçirilib.  

AKP “Tamam” ajiotajına sərt təpki göstərib. AKP sözcüsü Mahir Ünal  bu mesajların ‘FETÖ ve PKK’nı dəstəkləyənlər tərəfindən atıldığını iddia edib.  

[Haber görseli]

 

Bastainfo.com