Sabiq icra başçısının qaçırıldığı deyilir

Milli hakimiyyət dönəmində Gədəbəy rayonunun icra başçısı olmuş Saleh Rüstəmovun qaçırıldığı bildirilir.

Bu barədə “Basta”ya məlumat verən Daşqın Ağalarlı bildirib ki, Saleh Rüstəmov bu gün Gədəbəydən Bakıya gedərkən xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq nəməlum istiqamətdə aparılıb. 

İndiyədək S. Rüstəmovun barəsində hər-hansı məlumat yoxdur.

Qeyd edək ki, Saleh Rüstəmov Milli Azadlıq Hərəkatının fəallarından olub.

 

Bastainfo.com