Türkiyədə prezidentlik uğrunda yarışacaq 6 namizəd təsdiqlənib – SİYAHI

Türkiyədə gələn ay – 24 iyun 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərin yekun siyahısı təsdiqlənib.

Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, siyahını seçkilərə nəzarət edən Yüksək Seçim Kurulu (YSK) açıqlayıb.

Beləliklə, prezidentlik uğrunda yarış 6 namizəd arasında gedəcək. Bunlar əlifba sırası ilə aşağıdakılardır.

Doğu Perinçek – Vətən Partiyasının namizədi, partiya başqanı;

Meral Akşener – İYİ Partiyanın namizədi, partiyanın başqanı;

Muharrem İnce – Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, Yalovadan millət vəkili;

Rəcəb Tayyip Ərdoğan – Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) vahid namizədi, hazırki prezident;

Selahattin Demirtaş – Xalqların Demokratik Partiyasının ( HDP) namizədi, İstanbuldan millət vəkili  

Temel Karamollaoğlu – Səadət Partiyasının namizədi, partiya başqanı; 

Türkiyədə prezident və parlament seçkiləri 24 iyunda keçiriləcək.

Seçkilər iqtidar və müxalifət üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, seçkilərdən sonra Türkiyə parlament sistemindən prezident sisteminə keçəcək.

 

Bastainfo.com