Arif Hacılı: “Ermənistan bundan sonra da kölə olaraq qalacaq”

Miskin “böyük ermənistan” və “qenosid” ideologiyasını davam etdirərək inkişafdan qalacaq, region dövlətlərinin, ilk növbədə isə Azərbaycanın inkişafına mane olacaq.

Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinə münasibət bildirən Müsavat başqanı Arif Hacılı öz feysbuk səhifəsində status yazaraq bu sözləri deyib.

“Serj Sarkisyana öz hakimiyyətini saxta yolla uzatmağa imkan verilməməsi, onun hakimiyyətdən uzaqlaşdırılması təbii ki, pozitiv hadisə idi. 

Amma, belə görünür ki, Ermənistanda pozitiv dəyişikliklər olmayacaq. 

Paşinyanın işğalçı siyasətin davam edəcəyini bəyan etməsi, bütün dünyada diktator rejimlərinin dayağı olan Putinin himayəsinə sığınması göstərir ki, Ermənistan bundan sonra da kölə olaraq qalacaq.”

“Miskin “böyük ermənistan” və “qenosid” ideologiyasını davam etdirərək inkişafdan qalacaq, region dövlətlərinin, ilk növbədə isə Azərbaycanın inkişafına mane olacaq.” -Arif Hacılı əlavə edib.

 

Bastainfo.com