Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlər davam edəcək

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qərarların icrası və  görülən işlər barədə  ətraflı məlumat verib.

Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı partiya Məclisinin Qarabağ Komissiyasının təşkil etdiyi Azərbaycanın qədim şəhəri Şuşanın işğalının 26-cı ildönümü ilə bağlı  keçirdiyi  tədbirlə bağlı məlumat verib.

Müsavat Partiyasının başqan müavini Fərəc Kərimlinin Cümhuriyyət-100 tədbirləri çərçivəsində Müsavat Partiyası tərəfindən təşkil olunmuş futbol turnirinin yekunlaşması və nəticələri haqda  məlumatı dinlənilib. Divan futbol turnirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı  təşkilatçılara təşəkkür elan edib.

İclasda Cümhuriyyətin 100 illiyi ilə əlaqədar tədbirlər, o cümlədən 28 may 2018-ci il tarixdə saat 12:00-da Novxanı kəndində Cümhuriyyətimizin qurucusu M.Ə.Rəsulzadənin abidəsinin ziyarəti ilə bağlı təşkilati məsələlər dinlənilib.

Divan iclasında ölkədə və regionda baş verən son proseslər geniş müzakirə olunub.

 

Bastainfo.com