İsrail əsgərləri etirazçılara atəş açdı, 41 fələstinli öldürüldü – Yenilənib

ABŞ-ın İsraildəki səfirliyinin Qüds şəhərində köçürülməsinə etiraz olaraq aksiyalar təşkil edən fələstinlilərə  İsrail əsgərlərinin atəş açması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. 1700 nəfərin yaralandığı bildirilir. Bu haqda Ria Novosti yerli mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, 35 minə yaxın etirazçı iğtişaşları davam etdirir.

***

ABŞ-ın Qüdsdəki səfirliyinin açılmasına qarşı etirazlar toqquşmalara səbəb olub. Nəticədə 18 fələstinli həlak olub, 900 nəfər yaralanıb. 

Bu haqda RİA novosti yerli təcili yardım xidmətinə istinadən məlumat yayıb. 

Bildirilir ki, İsrail əsgərləri etirazçılara atəş açıb. Şahidlərin sözlərinə görə, bir neçə fələstinli sərhəd keşikçilərinə bıçaqla hücum edib. Etirazçılar avtomobil şinlərini yandırıblar. 

Bu gün Qəzza sektorunda geniş etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Onlar ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə etiraz edirlər. Aksiyalara bir milyondan çox insanın qoşulacağı bildirilib. 

 

Bastainfo.com