Putin Krıma Kamazla girdi

Rusiya prezidenti Vladimir Putin ilhaq olunmuş Krım yarımadası ilə Rusiyanı birləşdirən yeni tikilmiş körpünün üzərindən Kamaz yük maşınının sükanı arxasında keçib.

Ukrayna körpünün inşasını beynəlxalq hüququn pozulması adlandırıb.

Rusiyanın tele-kanalları Putinin Kamaz yük maşınının sükanı arxasında 19 kilometr uzunluğundakı körpünün üzərindən keçdiyini canlı yayımda nümayiş etdirib.

https://www.youtube.com/watch?v=yH-8wlf7LwY
“Sizi bu gözəl, sözün əsl mənasında bayram dolu tarixi gün münasibətilə səmimi qəlbdən təbrik edirəm”, körpü üzərindən keçdikdən sonra Putin bildirib.

“Bu, Krımın və Sevastopolun iqtisadiyyatının yeni templər və yeni keyfiyyətlə inkişaf etdirilməsinə imkan verəcək”, Rusiya prezidenti əlavə edib.

Körpü vasitəsilə Rusiyanın cənubundan yarımadaya keçmək imkanı asanlaşdırılır.

Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanıb və Qərbin Moskvaya qarşı sanksiyalar tətbiq etməsilə ilə nəticələnib.

Bu gün ABŞ Dövlət Departamenti və Böyük Britaniya Xarici İşlər Nazirliyi Krım körpüsünün işə düşməsini pisləyən bəyanatlar veriblər. 

ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir ki, Rusiya Krım Körpüsünü tikməklə Kerç boğazından gəmilərin keçməsini mümkünsüz edib.

“Bu hadisə Rusiyanın beynəlxalq hüquqa məhəl qoymadığını bir daha təsdiqləyir”, – Departamentin bəyanatında deyilir.

Bəyanatda həmçinin qeyd edilir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Krım azad olunanadək davam edəcək.

 

Bastainfo.com