Əfv Məsələləri Komissiyası müraciətlərə baxılmasını başa çatdırıb

Prezident yanında Əfv Məsələləri Komissiyası ötən gün daha 100 müraciətə baxıb. Bununla da komissiya fevral ayından quruma daxil olan müraciətlərə baxılmasını başa çatdırıb. Cəmi 1100 müraciətə baxılıb. Bu barədə Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, müraciətlərin əksəriyyətinə müsbət rəy verilib. Siyahı dövlət başçısına təqdim ediləcək. Ancaq kimin əfv olunub-olunmayacağı yalnız prezidentin preroqatividir.

Ə.Nuriyev 28 May Cümhuriyyət Günü münasibətilə əfv olacağını istisna etməyib.

Hüquq müdafiəçilərinin müxtəlif siyahılarına görə, siyasi məhbusların sayı 140-160 nəfər arasındadır. Onların neçəsinin müraciət etdiyi hələlik məlum deyil.

 

Turan