“Rejimin əlaltısına çevrilən yerlilərinizlə fəxr etməyin”

Bu statusumun ünvanı konkret olaraq qazaxlılardı. Amma bütün qazaxlılar yox təbìi ki.

Bizim rayonda adamlar haqqında danışanda “Filankəs balaca adam deyil, filan universitetin rektorudu, filan idarənin rəhbəridi”və s.deyirlər. Təssüf ki, hələ də rayon səviyyəli”, “respublika səviyyəli” şəxs deyib, əli rüşvətə batan məmurlarla fəxr edən nə qədər adam var.

Yəqin xəbəriniz olar. Avropa Şurasının kürü diplomatiyasinda ittiham olanan deputatlarla bağlı araşdırmasının nəticəsində məlum olmuşdu ki, Azərbaycana gələn və Azərbaycanda insan haqlarının durumu ilə bağlı hesabat hazırlayan deputatlara rüşvət-kürü, brillyant boyunbagi, hətta Bakıda qalan avropalı deputatların otel otaqlarına qız filan da təklif ediblər.

Qayıdaq rayon səviyyəsinə. Avropa Şurası korrupsiya araşdırmasından sonra əksər qazaxlıların fəxrlərindən biri Səməd Seyidova da sanksiya qoyub.
Bu rejimin əlaltısına çevrilən, onlarq vəkillik edən nə “rayon”, nə “respublika”, nə də “beynəlxalq səviyyəli” yerlilərinizlə fəxr etməyin.

Seyidov kimilərinin Azərbaycanın demokratikləşməsi tarixinə vurduğu ləkəni dayanmadan, illərlə şer oxuyub saz çalsanız da, tonlarla qurud əzsəniz də, ağarda bilməyəcəksinız.

 

Yazı Leyla Mustafayevanın feysbuk səhifəsindən götürülüb.