“Exo” qəzeti bağlanır

Ölkənin aparıcı rusdilli qəzeti olan “Exo” maliyyə problemləri ilə əlaqədar fəaliyyətini dayandırır. Bu barədə Turan agentliyinə qəzetin direktorunun birinci müavini Ruslan Manafov bildirib. Bu yaxınlarda baş redaktor Rauf Talışinskinin vəfatından sonra qəzetin maliyyə problemləri güclənib, deyə o qeyd edib. Qəzetin son nömrəsi mayın 26-da dərc ediləcək.

Kollektivin aqibəti ilə bağlı suala cavabda Manafov deyib ki, hər kəs özü işə düzələcək.

Xatırladaq ki, baş redaktor Rauf Talışinski mayın 8-də 61 yaşında gözlənilmədən dünyasını dəyişib. O, “Exo”nu 2001-ci ildə təsis etmişdi. Qəzet tarazlaşdırılmış və bir çox məsələlər üzrə çox vaxt hökumətyönlü mövqe tuturdu.

 

Bastainfo.com