Havannada sərnişin təyarəsi yerə düşdü. 100-dən artıq ölü var – Video

Dünən Havannadakı “Joze Marti” aeroportundan havaya qalxan  “Boeing – 737” sərnişin təyyarəsi bir neçə dəqiqədən sonra yerə düşüb.

“Basta” Svoboda.orga istinad edərək yazır ki, daxili uşuşla CU972 (HAV-HOG) Kubanın şərqindən Havana-Holguin marşurutu ilə hərəkət etmək üçün havaya qalxan sərnişin təyyarəsi yanaraq yerə düşüb..

Məlumatda 100 nəfərdən artıq sərnişin olan təyyarənin yanaraq yerə düşdüyü, sərnişinlərin öldüyü bildirilir. 

Qəzaya uğrayan “Boeing 737” təyyarəsinin Meksikanın “Damojh”  şirkətinə aid olduğu təsbit olundu.

Qeyd edək ki, son illərdə Kubanın dövlət rəsmiləri sərnişin təyyarələrinin köhnə olduğuna görə bir çoxunun uçuşuna qadağa qoyulduğunu bildirib.

 Könül Alı

Bastainfo.com