Müsavat rəhbərliyi Avropaya yola düşdü

Müsavat başqanı Arif Hacılı və Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı Avropaya yola düşdülər.

Partiyanın Mətbuat Xidmətindən “Basta” ya verilən məlumatagörə Müsavat rəhbərliyinin Mayın 19-da (bu gün) Almaniyanın Frankfurt şəhərində Müsavat AKM-in təşkilatçılığı ilə Cümhuriyyətin 100 illiyinə görə təşkil olunmuş bayram tədbirində iştirak edəcəkləri gözlənilir.

Həmçinin nəzərdə tutulmuş digər tədbirlərdə də Müsavat rəhbərliyinin iştirakı gözlənilir.

Proqramda Mayın 24-də Türkiyə paytaxtı Ankarada Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə bayram tədbiri, ADR-in banisi Məhəmməd Əmin Rəsulzadənin məzarının ziyarət edilməsi, Mayın 26-da Tbilsidə bayram tədbiri, ADR-in ilk baş naziri Fətəlixan Xoyskinin məzarının ziyarət edilməsi var.

 

Bastainfo.com