Rusiya Ermənistana yeni silah verir

Bir neçə ay sonra Yerevan yaxın mənzilli zenit raket kompleksi “Тор-М2”ni əldə edəcək.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlum olduğu kimi, Rusiya Yerevana 200 milyon dollar həcmində ilk güzəştli hərbi kreditdən sonra, 100 milyon dollar həcmində ikinci kredit təklif edib.

Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryanın sözlərinə görə, 2017-ci ilin dekabrında 3 müqavilə imzalanıb.

Nazir müavini qeyd edib ki, bu təchizatlar hava hücumundan müdafiə sistemini və ön xətti möhkəmləndirəcək.

Həmin müqavilələrdən birində yaxın mənzilli zenit raket kompleksi “Тор-М2”nin təchizatı nəzərdə tutulub. Bu sistem 10 metrdən 10 kilometrə qədər eyni zamanda 4 hədəfi vurmaq imkanına malikdir.  

 

Oxu.az