Hakimiyyətin Müsavata bayram “hədiyyəsi”

Müsavat başqanı Arif Hacılı partiya fəalı Elvin Abdullayevin həbsini hakimiyyətin bayram “hədiyyəsi” adlandırıb. 

“Cümhuriyyətin 100 illiyi münasibəti ilə siyasi məhbusların azad edilməsini, “Qızıl amnistiya” verilməsini təklif etdim. Hakimiyyət isə repressiya siyasətini durdurmadı. Bayram ərəfəsində Müsavat Xətai təşkilatının sədr müavini, keçmiş siyasi məhbus Elvin Abdullayev həbs edildi. Bizə bayram “hədiyyələriniz” belə olsa da, bayram tədbirlərimiz, azadlıq uğrunda mübarizəmiz davam edəcək. Bu vətən bizimdir!” – Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 

Bastainfo.com