Türk lirəsi “xəzələ dönür”

Türkiyənin milli valyutası olan lirə hər gün 1-2 faiz ucuzlaşaraq tarixi rekordları yeniləyir. Birjada 1 dollar 4.80 lirəyə çatıb, 1 avro isə 5.70 səviyyəsini aşıb. 

Lirənin sürətlə dəyər ititrməsinin səbəblərinə dair bir neçə versiya mövcuddur. Rəsmi propaqanda bunu FETÖ tərəfdarları və Qərb amili ilə əsaslandırmağa çalışır. Deyilir ki, lirənin ucuzlaşmasına səbəb reytinq agentliyi “Fitch Rating”in Türkiyədə pul siyasəti müstəqilliyinin azalmasının ölkənin reytinqinə təzyiq yaradacağı yönündə açıqlaması olub. 

Başqa bir versiyaya görə, Türkiyə hökumətinin seçki ərəfəsində valyutanın məzənnəsini tənzimləmək üçün birjaya süni müdaxilə etməsi lirəyə etimadın azalmasına və ajiotaja səbəb olub.

Üçüncü versiyaya görə isə Türkiyədə iqtisadi böhran və lirənin ucuzlaşacağı qabaqcadan bəlli olub və növbədənkənar seçkilərin təyin edilməsinin səbəbi böhran dərinləşənədək hakimiyyət məsələsini həll etmək istəyi olub. 

 

Bastainfo.com