Əfv sərəncamı imzalandı – Son dəqiqə

Dövlət başçısı İlham Əliyev əfv sərəncamı imzalayıb.

Əfv Komissyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Sərəncam 634 nəfərə şamil edilib. İlkin məlumata görə, 12 siyasi məhbusun adı əfv sərəncamına düşüb.

Əfvə düşən siyasi məhbuların adları

Abdullayev Valeh (2012 “Eurovision” işi)
Babayev Nadir (Tale Bağırzadə və Nardaran işi )
Qasımov Əliağa (Nardaran işi)
Cabbarov Hilal (Nardaran)
Qurbanov Ələkbər (Nardaran)
Şahbazov Famil (Nardaran)
Şahbazov Natiq (Nardaran)
Quliyev Məhəmməd (Nardaran)
Kərimov David (Hicab məhbusu)
Rzayev Elşad (Hicab məhbusu)
Fərəcov Elmin (Neftçala, AXCP üzvü)
Şəkərov Saday (yazıçı).

Qeyd edək ki, ölkədə 150-dən artıq siyasi məhbusun olduğu bildirilir.
Siyahı dərc ediləcək.