Ankarada Rəsulzadənin məzarı önündə mitinq keçirildi – Video, Foto

Bu gün, mayın 24-də Müsavat Partiyasının rəhbərliyi Türkiyə paytaxtı Ankarada Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib və burada mitinq keçiriblər.

Müsavatçılar öndərin məzarı önünə əklil qoyub, Azərbaycanın himnini oxuyublar.

Tədbirdə Azərbaycan Kültür Dərnəyinin rəhbəri, Rəsulzadənin silahdaşı Cəmil Ünal, Müsavat başqanı Arif Hacılı, Məclis sədri Nüşabə Sadıxlı, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanınıln müavini Səxavət Soltanlı və Fərəc Kərimli, Türkiyə disporasının nümayəndələri Xanım Xəlilova və Könül Şamilqızı, Hollandiya dasporasının nümayəndəsi İsa Yusibob, Divan üzvləri Tofiq Yaqublu, Vəfa Cümşüdlü, Alya Yaqublu, Elman Fəttah və partiyanın bir qrup fəalı iştirak ediblər.

 

 

Bastainfo.com