Arif Hacılı: “Hətta bayram mitinqimizdən də çəkindilər”
Bakı Şəhər İcra Hakimiyyəti Cümhuriyyətin 100 illiyi münasibətilə Müsavat Partiyasının mayın 28-də “Məhsul” stadionunda mitinq keçirməsinə icazə verməyib.
Buna münasibət açıqlayan Müsavat başqanı Arif Hacılı bütün diqqəti növbəti iki tədbirə yönəltməyə çağırıb.
“Müsavatın 28 may saat 16- ya “Məhsul” stadionuna təyin etdiyi bayram mitinqinə icazə verilmədi.
Hətta bayram mitinqimizdən də çəkindilər. İndi bütün diqqəti 27 may saat 16-dan 18-dək Səttar Bəhlulzadə adına mədəniyyət sarayında (Əmircan qəsəbəsi) və 28 may saat 12- də Novxanı qəsəbəsində keçiriləcək tədbirlərimizə yönəldirik. Uğurlar dostlar. Cümhuriyyət bayramınız mübarək”, – Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Bastainfo.com