Arif Hacılı AXCP üzvlərinin həbsinə münasibət bildirdi

Hakimiyyət Cümhuriyyət bayramı günlərində nəinki xoşməramlı addımlar atmadı, əksinə öz ampluasına sadiq qalaraq qarşıdurmanı dərinləşdirmək xəttini seçdi.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üç fəalı saxlanılıb. Polis AXCP Ali Məclisinin Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu, partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirlini və Qarabağ müharibəsi veteranı, keçmiş “vicdan məhbusu” Babək Həsənovu həbsə alıb.

Məsələyə münasibət bildirən Müsavat başqanı Arif Hacılı özünün “Facebook” səhifəsində bu barədə belə yazıb.

“Dünyanın bir çox ölkələrinin sərhədlərindən asanlıqla keçib doğma Azərbaycanımıza daxıl olmaq üçün sərhəddə 8 saatdan çox qaldıqdan sonra ilk aldığımız xəbər Cümhuriyyətin 100 illiyi günlərində AXCP üzvlərinin kütləvi həbsi xəbəri oldu. Hakimiyyət Cümhuriyyət bayramı günlərində nəinki xoşməramlı addımlar atmadı, əksinə öz ampluasına sadiq qalaraq qarşıdurmanı dərinləşdirmək xəttini seçdi.” -Arif Hacılı bildirib.

“İlk açıqlamamız Mətbuat Xidməti tərəfindən bəyan edilib. Müsavat Partiyası yaranmış vəziyyəti dərhal müzakirə edib müvafiq qərarlar qəbul edəcək.” -Arif Hacılı əlavə edib.

 

Bastainfo.com