Müxalifət liderləri Böyük Brintaniya Xarici İşlər Nazirliyinin rəsmisi ilə görüşüb

Müxalifət liderləri Böyük Brintaniya Xarici İşlər Nazirliyinin rəsmisi ilə görüşüb.

“Basta” xəbər verir ki, dünən Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimi və REAL Partiyasının təmsilçisi Natiq Cəfərli Böyük Britaniyanın Bakı səfirliyində İngitərə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Orta Asiya İdarəsinin rəhbəri Rupert Ainleylə görüşüblər.

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, siyasi məhbus, söz və ifadə azadlığı, sərbəst toplaşma azadlığı, son seçkilər, seçkisonrası dövr, Qarabağ problemi və digər mövzular müzakirə edilib. Böyük Britaniya və Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Kerol Meri Kroftsun da iştirak edib.

 

Bastainfo.com