Şamaxıda aksiya – Foto+Video

13:33

Bu saata olan məlumata görə İcra hakimiyyətindən texnika göndəriləcəyi barədə vəd verərək sakinləri Xeybəliyə yola salıblar.

***

12:03

Şamaxı rayonunun Xeybəli kənd sakinləri rayon icra hakimiyyətinin qarşısında aksiya keçirirlər.

Kənd sakinlərinin “Basta”ya verdiyi məlumata görə, etirazlarının səbəbi sürüşmə nəticəsində istifadəsiz vəziyyətə düşən yollarıdır. Rayon mərkəzi ilə yeganə əlaqə vasitəsi olan Xeybəli-Şamaxı yolu artıq bir neçə gündür ki, dağılaraq tam istifadəsiz hala düşüb.

Sakinlər uçquna düşmüş avtomobillərin ərazidən çıxarılması üçün FHN-nə müraciət etsələr də, hər-hansı yardım göstərilmir. İcra hakimiyyətindən əraziyə traktor göndəriləcəyini vəd ediblər. Məlumata görə keçən il də traktor göndərəcəyik deyib, vətəndaşları aldadıblar. Bu səbəbdən sakinlər etirazlarını davam etdirirlər. Başçının gəlməsini tələb etsələr də, Asif Ağayev ortaya çıxmır.

Qeyd edək ki, dünən də Xeybəli kənd yolunda aftomobili batıb qalmış vətəndaş Nazim Azadoğlu “Basta” ya verdiyi məlumatda bildirirdi ki, FHN-nin qaynar xəttinə zəng vurub kömək istəsə də, ona kömək edə bilməyəcəklərini deyiblər.

 

Könül Alı

Bastainfo.com