Ərdoğan 1,6 faiz itirdi, İncə 2 faiz yüksəldi – Sorğu

Türkiyənin nüfuzlu sorğu məzkəzlərindən biri olan Gezici Araşdırma şirkəti 24 iyunda keçiriləcək parlament və prezident seçkiləri ilə bağlı son rəy sorğularının nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə görə, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın səsi bir həftə ərzində 1.6 faiz azaldığı halda, müxalif CHP-nin namizədi Muharrem İncənin nüfuzu 2 faiz artıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın səsləri 1,6 faiz azalaraq 47,1 faiz  düşüb. 

CHP-nin namizədi Muharrem İncəyə səs verəcəklərini bildirinlərin nisbəti 25,8-dən 27,8 faizə yüksəlib.

İyi Partiyanın prezidentliyə namizədi Meral Akşenerin səs nisbəti isə 0,3 bal azalaraq, 14,1 faizə düşüb.

HDP-nin namizədi Selahattin Demirtaşın səsi də bir bənd azalaraq 10 faiz təşkil edib. 

Digər namizədlərin səsi 1 faizə çatmayıb.

Araşdırma, bir həftə əvvəl keçirilən sorğuda olduğu kimi, prezident seçkisinin ikinci tura qalacağını göstərib. 

Respondentlərin 48,7 faizi parlament seçkisində AKP və MHP-nin yaratdığı “Cumhur İttifaqı”na səs verəcəyini açıqlayıb. 

Sorğu 2-3 iyun tarixində respondentlərlə üz-üzə görüş vasitəilə keçirilib. Sorğuya 12 şəhər və 18 vilayətdə yaşayan 2 min 814 nəfər cəlb edilib. 

 

Bastainfo.com