Dünya çempionatında böyük sürpriz: Almaniya ələndi

Dünya Çempionatının  F qrupunda bu gün keçirilən oyunlarda Meksika-İsveç ve Cənubi Koreya-Almaniya komandaları qarşılaşıb. 

İsveç son oyunda Meksikanı 3-0 udaraq qrup birincisi kimi növbəti mərhələyə keçib. 

İsveçlə bərabər 6 xalı olan Meksika da uduzmasına rəğmən ikinci yeri tutaraq 1/8-ə vəsiqə qazanıb. 

Bu oyunda heç bir iddiası olmayan Cənub Koreya isə gözlənilmədən Almaniyanı məblub edib. Beləliklə, son mundialın qalibi olan Almaniya qrup mərhələsini adlamadan dünya kuboku ilə vidalaşıb. 

 

Bastainfo.com