Cümə günü paytaxtda 39 dərəcə isti olacaq

İyulun 29-da Bakıda və Abşeronda isti və quru hava şəraiti davam edəcək. Havanın temperaturu gündüz +39 dərəcə olacaq.

Ölkə regionlarında da hava quru və isti olacaq. Aran rayonlarında havanın temperaturu +42, dağlarda +30 dərəcə olacaq.

İsti hava şəraiti meteohəssas insanlara mənfi təsir göstərəcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatnda deyilir. Belə hava şəraiti iyulun 2-dək davam edəcək.