ABŞ-da qəzet redaksiyasına silahlı hücum: Ölənlər var

ABŞ-ın Merilənd ştatında “Capital Gazette” nəşrinin redaksiyasında  silahlı insident baş verib.

Nəticəndə 5 nəfər ölüb, atəş açan şəxs saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hadisənin baş verdiyi Annapolis şəhərinin polis idarəsinin nümayəndəsi bildirib.

“Silahlı şəxs ofisə daxil olaraq atəş açmağa başlayıb, həmkarlarımdan bir neçəsi ölüb. Silahlı şəxs əvvəlcə şüşə qapıya atəş açıb, sonra ofisə daxil olaraq, otaqdakı insanlara atəş açmağa başlayıb”, – deyə redaksiyanın əməkdaşı Fil Devis “Twitter”-də  bildirib.

Hadisənin səbəbləri araşdırılır, şahidlərdən ifadələr götürülür.