Qaxda mikroavtobus qəzaya uğradı: Ölən və yaralananlar var
Zaqataladan Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.
İdarəetmədən çıxan mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.
Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.