Şamaxıda biçilməmiş taxıl sahəsi yanır

 Şamaxı rayonunda yanğın hadisəsi baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, yanğın Mədrəsə qəsəbəsində yerləşən biçilməmiş taxıl zəmisində qeydə alınıb.

Yanğının bu dəqiqələrdə davam etdiyi bildirilir. Əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub.

 

Bastainfo.com