Cəbhənin Naxçıvan hissəsində növbəti gərginlik?

İyulun 1-də cəbhənin Naxçıvan hissələrinin birində Azərbaycan tərəfi mühəndis və inşaat işləri aparmağa cəhd göstərib. Lakin erməni tərəfin atəşi nəticəsində bu cəhdlər baş tutmayıb, Ermənistan KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən bildirir.

Ermənistan hərbi qurumunun mətbuat xidməti bildirib ki atəş nəticəsində Azərbaycan ordusunun postlarından biri dağılıb. Atışma zamanı muzdlu erməni hərbçisi yaralanıb.

Azərbaycan tərəfi hələlik məlumatı şərh etməyib.

 

Turan