Gəncənin icra başçısı güllələndi

Baş prokurorluq, DİN və DTX Elmar Vəliyevə sui-qəsdlə bağlı birgə məlumat yayıb

İyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Meydan TV-nin məlumatına görə, Gəncənin icra başçısı Elmar Vəliyev  xəstəxanada vəfat edib. Elmar Vəliyevin öldüyü haqqında xəbər bəzi hakimiyyət saytlarında da yerləşdirilib, lakin sonradan silinib.

Bəzi məlumatlara görə güllələnmiş icra başçısı təcili yardım üçün Türkiyəyə aparılıb.

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu  bildirilir.

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

***

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi xidmətinin mətbuat xidmətləriə hadisə ilə bağlı birgə məlumat yayıb.

Məlumata görə, cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və  228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcək.

 

21:49

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub.

APA-nın əldə etdiyi məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.

Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.

İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.

Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər

Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir. 

 

Bastainfo.com